İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub. Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirirlər.
 
İran İnqilabının Keşikçiləri Korpusunun hərbi təlimlər üçün Azərbaycan Respublikası ilə sərhədə cəmləşdirdiyi hərbi texnika bir neçə qəzanın yaranmasına səbəb olub.
 
Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.
 
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Baxış sayı: 4834 | Tarix: 19.10.2022
Bizi Telegramda izləyin: @repostaz