Peşəniz gərəyi uzun müddət televiziya və ya kompüter ekranına baxmaq məcburiyyətində qalırsınız, bu da istər-istəməz gözlərinizin yorulmasına və göz sağlamlığınızın pozulmasına gətirib çıxarır.
 
Ancaq edəcəyiniz sadə məşqlər sayəsində göz səhhətinizi qorumaq mümkündür.
 
RePost.az uzun müddət kompüter və ya televiziya ekranına baxan hər kəsin etməsi vacib olan  göz məşqini təqdim edir..
 
- yavaşca sağa və sola baxın
-gözlərinizi aça bildiyiniz qədər yavaşca açın və bağlayın.
-yavaşca yuxarı və aşağı baxın
-yavaşca sol üst küncə baxın, sonra sağ alt küncə baxın. Yavaşca sağ yuxarı küncə baxın, sonra sol aşağı küncə baxın.
- yuxarı baxaraq gözlərinizlə yavaşca çevrə çəkin, yuxarı, sola, aşağı, sağa,
-sağ qolunuzu qarşıya doğru dik tutun və baş barmağınıza yönəldərək baxın. Yavaş-yavaş burnunuza doğru yaxınlaşdırın. İki gözünüzün tam ortasına qədər gətirin. Təkrar yavaş-yavaş uzaqlaşdırın.
 
Diqqət!
 
Göz əzələlərinin təmbəlləşməsinin qarşısını almaq üçün edilən bu məşq hərəkətlərini ağ və ya açıq rəng bir divar qarşısında etməlisiniz.
 
Bu hərəkətləri oturaraq, ayaq üstdə və ya yataraq tətbiq edə bilərsiniz.
 
Başlanğıcda hər hərəkəti 5 dəfə təkrar edin. Gözlərinizin hərəkət qabiliyyəti artandan sonra hər hərəkəti 10 dəfə tətbiq edin.
 
RePost.az
 
Baxış sayı: 61