"Güney Azərbaycandan olan soydaşlarımızın gəlib burada təhsil almasına dövlət büdcəsindən 5-10 milyon manat vəsait ayrılması çox yaxşı olardı. Bu, strateji məsələdir".
 
Milli.Az xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Baxış sayı: 6183 | Tarix: 11.11.2022
Bizi Telegramda izləyin: @repostaz