İstanbulun mərkəzində bomba qoyan şəxs saxlanılıb.
 
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisə yerində verdiyi açıqlamada bildirib. 
 
“Bombanı qoyan şəxs saxlanılıb. Əldə etdiyimiz məlumata görə, PKK/PYD terror təşkilatıdır”. 
 
Bundan başqa, səlahiyyətli şəxslər 4 nəfərin hadisə yerində, daha iki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.
 
Xəsarət alanlar barədə məlumat verən vitse-prezident Fuat Oktay iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib.
 
Partlayışdan sonra xəstəxanaya yerləşdirilən 81 nəfərdən 50-si evə buraxılıb.
 
Qeyd edək ki, dünən Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış baş verib.

Baxış sayı: 5480 | Tarix: 14.11.2022
Bizi Telegramda izləyin: @repostaz