Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub. Xızının Altıağac qəsəbəsində 3 sm, Qusarın rayon mərkəzində isə 1 sm qar müşahidə olunub.
 
Temperatur mənfi 5 dərəcəyədək enib.

Baxış sayı: 407 | Tarix: 01.12.2022
Bizi Telegramda izləyin: @repostaz