Dekabr ayının 7-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
 
Məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram “marixuana” və 295 qram qablaşdırmada 500 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 521 | Tarix: 08.12.2022
Bizi Telegramda izləyin: @repostaz