Rusiyada xüsusi təyinatlı nüvə sualtı qayığı olan Beloqorod üçün “Poseydon” sualtı supertorpedolarının ilk dəsti hazırlanıb.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, nüvə güc qurğusu da daxil olmaqla aparatın əsas komponentlərinin sınaqları uğurla başa çatıb.
 
Ekspertlərin qiymətləndirmələrinə görə, strateji nüvə sualtı dronu olan "Poseydon" tezliklə döyüş növbəsinə çıxa bilər.

Baxış sayı: 11047 | Tarix: 17.01.2023
Bizi Telegramda izləyin: @repostaz