Azərbaycanda Misli Premyer Liqasında 10 klub mübarizə aparır.
 
BAKU.WS xəbər verir ki, 2022/2023 mövsümünün birinci yarısı başa çatarkən lider 50 xalla "Qarabağ" olub.
 
İkinci yerdə 43 xalla "Sabah", üçüncü yerdə isə 38 xalla "Neftçi" qərarlaşıb.
 
Qeyd edək ki, hazırda ölkə çempionatında mübarizə aparan klubların dəyəri malik olduqları oyunçuların qiymətinə görə dəyişir.
 
BAKU.WS ölkə klubları arasında ən çox və ən az büdcəli komandaları müəyyənləşdirib. Nüfuzlu Almaniya portalı olan "Transfermarkt"dəki rəqəmlərə əsasən, "Qarabağ" klubu çempionatın ən zəngin büdcəli klubudur. Belə ki, "Qarabağ"ın dəyəri 13,8 milyon avro göstərilib. Ölkənin ikinci büdcəsi çox olan klubu isə 10,5 milyon avro ilə "Neftçi"dir. İlk üçlüyü 9,33 milyon avro ilə "Sabah" klubu qapayıb.
 
Misli Premyer Liqasında mübarizə aparan klubların büdcəsinin ardıcıllığı belədir:
 
Zərə - 7.65
Qəbələ - 5.95
Səbail - 5.35
Sumqayıt - 5.03
Turan-Tovuz - 4.25
Kəpəz - 2.90
Şamaxı - 2.73 milyon avro.

Baxış sayı: 22010 | Tarix: 20.01.2023
Bizi Telegramda izləyin: @repostaz