"Instagram" xidmətinə bir sıra yeni funksiyalar əlavə edilib.
 
RePost.az AZƏRTAC-a istinadən bildirir ki, artıq istifadəçilər öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər. Həmçinin onlar fotoxidmətdə bəyəndikləri şərhləri "like" etmək imkanı qazanacaqlar.
 
Məlumatda bildirilir ki, bu, yeganə yenilik deyil. "Instagram"da istifadəçini "blok" etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.
 
Mobil proqramın yeni versiyası dekabrın 6-dan istifadəçilərin bir hissəsi üçün əlyetərlidir, digər istifadəçilər isə hələ bir neçə həftə gözləməli olacaqlar.
 
RePost.az

Baxış sayı: 3371 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz