Avropa İttifaqının Niderland və Rumıniyadan xilasedici komandası Türkiyəyə yola düşüb.
 
Bunu Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarcic bildirib.
 
"Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra Aİ-nin Mülki Müdafiə Mexanizmini işə saldıq. Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniyadan xilasedici komandalar artıq yoldadır" - deyə, o, qeyd edib.

Baxış sayı: 6981 | Tarix: 06.02.2023
Bizi Telegramda izləyin: @repostaz