Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdiriblər. Bu gün də Azərbaycan Dövlət Himnini səsləndirməklə başlayıb.
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Baxış sayı: 6259 | Tarix: 28.03.2023
Bizi Telegramda izləyin: @repostaz