Bakı Enerji Həftəsi düşünürəm ki, enerji sahəsində aparıcı beynəlxalq tədbirlərdən biridir.
 
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
 
“Bakı Enerji Həftəsi düşünürəm ki, enerji sahəsində aparıcı beynəlxalq tədbirlərdən biridir. Sözlərimi sübut etmək üçün sadəcə kimlərin bizim tədbirimizə mesajlarını göndərdiyini qeyd etmək kifayətdir – ABŞ Prezidenti Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Beləliklə, bunlar bizim tədbirimizin qlobal əhəmiyyətinin göstəricisidir. Bu fürsətdən istifadə edərək ABŞ Prezidentinə, Böyük Britaniya Baş nazirinə, onların bu tədbirdəki nümayəndələrinə mehriban mesajlarına və ilhamlandırıcı sözlərinə görə minnətdarlığımı ifadə etmək istərdim. Təxminən 30 ildir ki, biz enerji sahəsində uğurlu əməkdaşlıq edirik, indi isə sadəcə enerji sahəsində deyil, biz əməkdaşlığımızı şaxələndiririk və ABŞ və Böyük Britaniya hökumətləri artıq Azərbaycanın öz Xəzər dənizi resurslarını inkişaf etdirməsi üçün bütün təşəbbüslərini dəstəkləyiblər - birinci neft və daha sonra qaz”.
 
Prezident İlham Əliyev Azərbaycanın ABŞ və Böyük Britaniyanın da dəstəyi ilə həyata keçirdiyi enerji infrastrukturu layihələrinin Avrasiyanın enerji xəritəsini dəyişdiyini qeyd edib.
Dövlət başçısı əlavə edib ki, enerji təhlükəsizliyi artıq ölkələr üçün milli təhlükəsizlik məsələsidir.

Baxış sayı: 6601 | Tarix: 31.05.2023
Bizi Telegramda izləyin: @repostaz