Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.
 
Bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler bildirib.
 
O qeyd edib ki. 44 günlük müharibəsindən sonra atəşkəs imzalansa da, Ermənistan lazımi şərtləri yerinə yetirmədi:
 
“Tərəflərin (Azərbaycan və Ermənistan liderlərinin - red. ) yaxın günlərdə İspaniyada baş tutacaq görüşü diqqətlə izləyirik. Biz hər zaman olduğu kimi “Bir millət - iki dövlət” anlayışı ilə can qardaşımız Azərbaycanın yanındayıq”.

Baxış sayı: 5043 | Tarix: 29.09.2023
Bizi Telegramda izləyin: @repostaz