Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.
 
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam rayonunun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. Hazırda DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir.
 
Separatçılar tərəfindən plantasiya ərazisi mühafizə zonasına daxil olub. Ərazidə gözətçi qülləsi var və silahlı mühafizəçilər burada xidmət aparıblar.
 
Əlavə olaraq ərazidə 4 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb.

Baxış sayı: 4682 | Tarix: 06.10.2023
Bizi Telegramda izləyin: @repostaz