Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.
 
APA-nın Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonun Təzəbinə kəndi ərazisində 10 hektardan artıq ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir.
 
Qeyd edək ki, oktybarın 2-də Xocalıda 100 hektar ərazidə xüsusi üsulla becərilmiş çətənə plantasiyası aşkarlanmışdı.
 
Bu gün isə Ağdamın Sırxavənd kəndində separatçıların 10 hektara yaxın ərazidə narkotik plantasiyası və 4 avtomat aşkarlanıb.

Baxış sayı: 4701 | Tarix: 06.10.2023
Bizi Telegramda izləyin: @repostaz