Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Baxış sayı: 6810 | Tarix: 07.11.2023
Bizi Telegramda izləyin: @repostaz