Noyabrın 21-nə olan faktiki hava açıqlanıb. Noyabrın 21-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Qeyd edilib ki, düşən yağıntının miqdarı Balakəndə 30 mm, Şəkidə 29 mm, Zaqatalada 21 mm, Qəbələdə 14 mm, Quba, Qusarda 13 mm, İsmayıllı, Oğuzda 11 m, Qrız, Xaltan, Gədəbəydə 9 mm, Göygöldə 8 mm, Daşkəsən, Mingəçevir, Ordubad, Şamaxı, Gəncə, Şahdağ, Göyçay, Sabirabad, Biləsuvar, Qobustan, Şəmkir, Tovuz, Ceyrançöl, Beyləqan, Naftalan, Ağdam, Qax, Altıağac, Ağstafa, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Şirvan, Neftçala, Yardımlı, Lerik, Astara, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
 
Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Quba(Qrız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.
 
Sumqayıt, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba(Qrız), Daşkəsən, Xaltan, Göyçayda duman müşahidə olunub.
 
Şimal-qərb küləyi arabir Mingəçevirdə 25 m/s, Tovuz, Naftalanda 22 m/s, Şahdağ, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Yardımlı, Şəmkir, Ceyrançöl, Sədərəkdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib.
 
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.
 
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Baxış sayı: 4891 | Tarix: 21.11.2023
Bizi Telegramda izləyin: @repostaz