Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.
 
Bu barədə RePost.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
 
Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
 
Zəlzələ ocağının dərinliyi 68 km-dir.

Baxış sayı: 4682 | Tarix: 07.12.2023
Bizi Telegramda izləyin: @repostaz