Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın günlərdə imzalana bilər.
 
Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
 
“Mən artıq demişəm ki, sülh müqaviləsi 5-10 gün ərzində imzalana bilər. Biz təkliflərimizi göndərmişik, bu, artıq 6-cı mübadilədir... Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh müqaviləsinin imzalanması bir neçə gün ərzində baş verə bilər”, - Simonyan bildirib. "Bəli, biz sülhə doğru irəliləyirik. Bizim münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarix bir çox hadisələrə şahidlik edib: İngiltərə və Fransa 116 il vuruşub, bir-birini öldürüb. Və bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”, - Simonyan qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan eyni regiondadır və bütün problemləri həll etməlidir.

Baxış sayı: 6164 | Tarix: 07.12.2023
Bizi Telegramda izləyin: @repostaz