Kanadada internet televiziyalarından birində aparıcılar efirə çılpaq çıxırlar.
 
RePost.az-ın Axşam.az-a istinadən məlumatına görə, aparıcılar xəbər aparmaqla bərabər küçədə reportajlar da edirlər. Kanala mövzularla bağlı qonaqlar da dəvət olunur.
 
"Saxlayacaq heç bir şeyi olmayacaq proqram" sloqanı ilə yayımlanan televiziya həftədə 6 gün, 25 dəqiqə göstərir. Kanalın 8 aparıcısı var. İnternet televiziyası 1999-cu ildən fəaliyyət göstərir.
 
Televiziyanın proqramlarına baxmaq üçün xüsusi qeydiyyat lazımdır.
 
Qeyd edək ki, bu günə qədər televiziyanı 6 milyon tamaşaçı izləyib.
 
RePost.az
 

Baxış sayı: 3200 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz