Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.
 
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsi, eləcə də aşağıdakı keçidlərə daxil olaraq tanış ola bilərlər:
 
Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
 
Qeyd edək ki, vakansiyada müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələrini və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.
 
Bildirilib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Baxış sayı: 5594 | Tarix: 13.03.2024
Bizi Telegramda izləyin: @repostaz