Bu günlərdə ən aktual mövzu iki yeni universitetin yaradılmasıdır. Azərbaycana hazırda texniki elmləri öyrədən universitet lazımdır.
 
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
 
Deputat bildirib ki, Azərbaycanla Türkiyənin yaratdığı universitet tək qardaşlığımızı göstərmək üçün olmamalı, həm də keyfiyyətli universitet yaradılmalıdır: “Sentyabrda yeni dərs ili başlayacaq, amma bu universitetin bina məsələsi həllini tapmayıb. Biz universitet yaratma prosesini regionlara daşımalıyıq. Türkiyə ilə ortaq universiteti Qazaxda yarada bilərik, bu, bizim xeyrimizə olar. İkincisi, Qarabağda fərqli universitet yaratmalıyıq. Silikon vadisinə bənzər universitet yaratmalıyıq ki, dünyanın fərqli yerlərindən orda gəlib təhsil alsınlar. Biz yetkin büdcəyə sahib olmalıyıq, xarici mütəxəssisləri cəlb etməliyik”.
 
Sədr Sahibə Qafarova isə qeyd edib ki, artıq bəzi məsələlərdə qərarlar verilib.

Baxış sayı: 4226 | Tarix: 05.04.2024
Bizi Telegramda izləyin: @repostaz