Elan saytlarından birində 80 min dollarlıq VAZ 2106 markalı avtomobil satışa çıxarılıb.
 
RePost.Az BAKU.WS -ə isinadən xəbər verir ki, qırmızı rəngli avtomobil Jiqulu şirkətinin kanada versiyasıdır. Qiymətinə görə hər kəsin diqqətini çəkən maşın 1.5L 72 at gücünə malikdir. 
 
Qeyd edək ki, VAZ-2106 sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ-Rusiya istehsalı olan avtomobildir. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2006-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur.
 
RePost.Az
 

Baxış sayı: 3371 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz