Bakıdakı 123 saylı orta məktəbdə Kənan adlı 3-cü sinif şagirdi Kəmalə adlı müəllimə tərəfindən təhqir edilib.

RePost.Az xəbər verir ki, bu barədə  məşhur teleaparıcı Aytən Səfərova öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, müəllimə bütün şagirdlərin qarşısında Kənana köynəyinin rənginə görə, ondan iyrəndiyini deyib. 

“Bakıda 123 saylı məktəbdə Kəmalə adlı "müellim" 3-cü sinif şagirdi Kənan adlı uşağa "mən səndən iyrənirəm" deyib. Ozü də dəfələrlə. Kəmalə "xanım", uşaqları məktəbdən iyrəndirən sizi, yox… SƏNIN kimi "müəllim" adına ləkə gətirənlərdir. AYIB OLSUN! İmkansız, kasıb ailə uşağına, köynəyinin rənginə görə "iyrənirəm" söyləyirsən!. Aidiyyatı qurumlardan xahiş edirik müvafiq tədbir görsünlər. O “müəllim”i başa salsınlar ki, Azərbaycan Respublikasının qanununa görə, pulsuz təhsil almaq hər bir Azərbaycan vətəndaşının haqqıdır. İstər kasıb, köynəyinin rəngi solğun olsun, istərsə də ipək köynəkli varlı balası” , -deyə teleaparıcı qeyd edib.

Aytən Səfərova bu hadisəni uşağın valideynlərinin xahişi ilə ictimailəşdirdiyini vurğulayıb.

RePost.Az


Baxış sayı: 1908 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz