İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib.
 
İlqar Məmmədov bu barədə sosial şəbəkədə paylaşım edib.
 
İlqar Məmmədov qeyd edib ki, MSK bu gün təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd edib: “Nəticə etibarilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun videomüraciətim də olacaq".

Baxış sayı: 4264 | Tarix: 11.09.2024
Bizi Telegramda izləyin: @repostaz