Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
 
APA-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əksini tapıb.
 
Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb.
 
MSK-nın ləğv etdiyi 43 məntəqədən 20-si bugünkü iclasda olub.

Baxış sayı: 1585 | Tarix: 16.09.2024
Bizi Telegramda izləyin: @repostaz