Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli partiyanın yeni sədri seçilib.
 
Partiyadan verilən xəbərə görə, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.
 
Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
 
Xatırladaq ki, İlqar Məmmədov sentyabrın 11-də partiyanın sədri postundan istefa verib.

Baxış sayı: 2136 | Tarix: 23.09.2024
Bizi Telegramda izləyin: @repostaz