Qədirova Sevinc Məhərrəm qızının ailəsi xroniki miyeloid leykoz (XML) kimi ağır bir xəstəliklə üz-üzə qalıb. Oğlu, Qədirov Həbil Rəhman oğlu, 1993-cü ildə doğulub və iki kiçik övlad atasıdır. İlk simptomlar keçən ilin iyun ayında özünü göstərib – zəiflik, yorğunluq və yüksək hərarət. İlkin diaqnoz "pnevmoniya" idi, lakin bir neçə ay sonra simptomlar geri qayıtdı və bu ilin may ayında Həbilə XML diaqnozu qoyuldu.
 
Bir müddət müalicə nəticə versə də, sentyabr ayında xəstəliyin ən ağır mərhələsi olan blast skrizi başladı. Həkimlərin yeganə çıxış yolu olaraq sümük iliyinin köçürülməsini təyin etməsi ilə ailə donor axtarışına başladı. Təəssüf ki, Həbilin bacısı uyğun donor olmadı və ailə uyğun donor tapmaq üçün çətin vəziyyətdə qaldı. Əməliyyatın dəyəri isə ailə üçün əlçatmazdır — lazım olan məbləğ 110 min dollardır.
 
Sevinc xanım oğlu üçün ümidini itirmir və vicdanlı insanlardan yardım gözləyir. Həbilin iki körpə övladı onu səbirsizliklə gözləyir. Bu məbləğ ailənin atasını geri qaytara və onun həyatını xilas edə bilər. Yardım etmək istəyən hər kəs bu ağır zamanda ailəyə dəstək ola bilər!
 
Qeyd edək ki, Turkyenin Emsey klinikasindan xəstənin yaxınlarına un Həbil ucun ilik tapilib. Ona görə də Q\dirovlar ailəsi təcili lazım olan məbləği toplamalıdırlar ki, xəstə əməliyyat olunsun. 

Baxış sayı: 4625 | Tarix: 08.10.2024
Bizi Telegramda izləyin: @repostaz