Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Hökməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) RePost.Az-a bildirilib ki, təmir işlərinin bazar günü yekunlaşacağı planlaşdırılır.

Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək.


Baxış sayı: 4796 | Tarix: 06.12.2024
Bizi Telegramda izləyin: @repostaz