"Mərcan" klinikasında əməliyyat olunan bloqer Nərmin Bəylər qızı Mehdiyeva  vəfat edib.
 
RePost.Az-ın məlumatına görə, 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.
 
Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan iki gün sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, həkim xəstəsinə laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib. 

Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.
 

Baxış sayı: 1528 | Tarix: 19.12.2024
Bizi Telegramda izləyin: @repostaz