Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir Ermənistan Azərbaycan normallaşma prosesində hələ ki ciddi addımların olmadığını vurğulayıb:

"Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi addımlar hələ ki yoxdur"


Baxış sayı: 350 | Tarix: 10.05.2025
Bizi Telegramda izləyin: @repostaz