Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp” daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir.

İstipress-in məlumatına görə, bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək. 

Məhdudiyyətlərə bir ay qalmış “WhatsApp” əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb.

İyul ayına kimi “WhatsApp”dan məhrum olacaq modellər aşağıdakılardır: 

- BlackBerry 10
- BlackBerry OS
- Nokia S60
- Nokia S40
- Android 2.0
- iOS 7.0

Xatırladaq ki, ilin əvvəlində - yanvar ayında “Android 2.0” və bəzi köhnə proqram sistemi olan “iPhone”larda da “WhatsApp”ın işi dayandırılmışdı.


Baxış sayı: 3580 | Tarix: 02.06.2017
Bizi Telegramda izləyin: @repostaz