İyunun 2-də Bakıda Müasir İncəsənət Mərkəzində gənc rəssam Aytən Abdullayevanın  fərdi  rəsm sərgisi keçirilib.


RePost.Az xəbər verir ki,  sərgi “CARO” adı ilə nümayiş etdirilib.


Fərqli istedada malik olan Aytən Abdullayeva sərginin “CARO” adalandırılmasının səbəbini açıqlayıb:

“ “CARO” Latın dilindən tərcümədə ət deməkdir. Adını bu dildən götürməklə Qəssablığın Latın dili qədər qədim olmasını vurğulamaq istəmişəm.  İnsanlar adətən gül, təbiət, peysaj kimi rəsmlər çəkməyi xoşlayır. Amma məncə bu artıq adiləşib. Mən bu səbəbdən bir az fəqli nələrisə göstərməyə çalışdım.  Düşünürəm ki, bu gün toxunduğum Azərbaycan xalqının ən-ənəvi, dini və mədəni xüsusiyyətlərini əks etdirən “Ət və qəssablar” mövzu arxa planda qalan mövzulardandır.  Mən  də məhz belə mövzuları  işləməyi sevirəm. Ət və qəssab mövzularına çox xarici rəssamlar müraciət ediblər, lakin bizdə buna nadir hallarda rast gəlmək olar. Çox vaxt insanlar mənim ət və qəssab mövzusu daşıyan əsərlərimə mənfi yanaşırlar. Mənə çox maraqlıdır ki, eyni zamanda ətin kəsilmə prosesini dəhşətli qəbul etmək, sonra isə həmin əti iştahla yemək nə cür mümkündür. Axı istənilən xörəyin süfrəyə necə gəldiyi hamıya məlumdur. Qədim zamanlarda ənənəyə uyğun olaraq yemək hazırlamaq üçün ərazinin bütün sakinləri bir yerə toplaşırdılar. Kişilər peşəkarcasına cəmdəkləri doğrayır, hətta balaca uşaqlar bu mənzərəni seyr edirdilər. Çünki həmin balacalar gələcəkdə toy və yaslarda heyvan kəsimi ilə məşğul olacaqdılar. Bu rəsmlərimlə adi insanların gündəlik həyatını göstərməyə çalışıram”.

Belə ki, «CARO» adət etdiyimiz bədii əsərlər arasında tamaşaçıya yeni nəfəs verəcəkdir. İstər təəccüb, istər çaşqınlıq, məmnuniyyət və ya anlayış hissi gətirərək o, heç kəsi biganə qoymayacaqdır. Bu əsərlərdə hər kəs yalnız onun üçün nəzərdə tutulmuş ismarıc tutacaq və əgər rəssamın işləri insanlara dərin hiss yaşatmağa qadirdirsə, deməli onun əməyi əbəs yerə sərf olunmayıb.
 



 


Baxış sayı: 4511 | Tarix: 03.06.2017
Bizi Telegramda izləyin: @repostaz