Azərşəhrdə 22 gün öncə keçirilən Şəhər Şurası seçkilərinin nəticəsi rəsmən təsdiqlənib. Seçkinin nəticəsi bir kənddə dəyişib.
 
RePost.Az-ın Günaz TV-yə istinadən veridyi məlumata görə, bu barədə Azərşəhr Kənd və Şəhər Şura Seçkilərinə Nəzarət Heyətinin rəisi Əli Rzayi açıqlama verib. O, şəhərdə seçkilərin nəticəsində heç bir dəyişikliyin olmadığını, Pirçoban kəndində isə seçkilərin nəticəsinə etiraz olduğuna görə, səslərin yenidən sayıldığını bildirib. Nəticədə Kənd Şurasına seçilənlərin sıralamasında 3-cü və 4-cü namizədlərin  yeri dəyişib. Və bununla da Şura seçkilərinin yekun nəticəsi rəsmən elan olunub.
 
RePost.Az
 
 

Baxış sayı: 2725 | Tarix: 10.06.2017
Bizi Telegramda izləyin: @repostaz