İyunun 11-də Təbrizdə Azərbaycan Sənaye İnkişafı Fabrikinin işçiləri 18 aydır əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.

RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, aksiyada təxminən 40 işçi iştirak edib. İşçilərin siğorta haqlarının ödənilməsində də problemlər yaranıb. Hətta Təmin-i İctimai İdarəsi, son aylarda işçilərin tibbi siğortalarının müddətini uzatmaqdan imtina etdiyi bildirilir. “Kaneks, kombayn və onların hissələrini istehsal edən fabrikin, 6 il öncə təxminən 500 işçisi olub, hazırda işçilərin sayı 44 nəfərə enib. 

RePost.Az


Baxış sayı: 2820 | Tarix: 12.06.2017
Bizi Telegramda izləyin: @repostaz