İranda keçirilən Şura seçkilərindəki saxtakarlığa etiraz edən azərbaycanlı nazmizəd ayaqyalın yürüş edib.
 
RePost.Az-ın məlumatına görə, Əhər şəhərindən namizədliyini verən Əli Əsədyan Təbriz, Urmu, Zəncan və digər şəhərlərdə keçirlən seçkilərin nəticələrinə etiraz olaraq Əhərdən Təbrizə qədər 100 kilometrlik məsafəni ayaq yalın qət edib. Xatırladaq ki, Şərqi Azərbaycanın Əhər şəhərində, Şəhər Şurasına 7 əsas, 2 alternativ üzv seçilib. Seçkinin nəticələrinə görə, Əhərdən namizdəliyini verən Əli Əsədiyan 2 min 141 səslə 20-ci olub. Seçkilərin birincisi isə 5 min 102 səs toplayıb.
 
RePost.Az

Baxış sayı: 4245 | Tarix: 13.06.2017
Bizi Telegramda izləyin: @repostaz