Rusiya Federasiyasının prezidenti Vladimir Putin 15-ci dəfə ənənəvi sual-cavab proqramının qonağı olub.

RePost.Az  xəbər verir ki, proqram çərçivəsində prezident canlı yayımda rusiyalı vətəndaşların suallarını cavablandırıb. 

Proqramda gənc bir oğlanın sualı Putin və digər tamaşaçılar təərfindən heyrətlə qarşılanıb. Oğlan Putinə Rusiyada fəaliyyət göstərən qurumların korrupsiya ilə əlaqəsinin qarşısını almaq üçün hansı təsirli çıxış yolları üzərində işlədiyini soruşub. Verilən sualdan çaşğınlıq keçirən Putin gənc oğlandan bu sualı özünün, yoxsa başqasının tövsiyəsi ilə hazırladığını soruşub.  Oğlan isə "həyat hazırlayıb" deyə cavab verib. Daha sonra Putin bu suala cavab olaraq məhkəmənin rüşvət qarşısında mübarizə apardığını bildirib.


Baxış sayı: 3124 | Tarix: 17.06.2017
Bizi Telegramda izləyin: @repostaz