Son günlər havaların kəskin istiləşməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib.

RePost.Az  xəbər verir ki, əsas məqsəd açıq havada çalışanları kəskin istilərdən qorumaqdır.

Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Emin Allahverdiyev deyir ki, verilən fasilələr işçilərin əmək maaşına təsir edə bilməz. Bundan əlavə, işçilərin gündəlik 8 saatlıq norması gözlənilməlidir.

Sözügedən tələblərə əməl etməyən işəgötürənlər barədə sərt tədbirlər görüləcək. Artıq onlara bununla bağlı xüsusi məktub da göndərilib.

Belə hallarla rastlaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 cağrı mərkəzinə məlumat verə bilərlər.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir. Belə isti hava şəraitinin iyulun 6-a kimi davam edəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında, bölgələrdə 35-40 dərəcə, Mərkəzi Aran rayonları və Naxçıvan MR-nin bəzi yerlərində 41-43, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.

RePost.Az


Baxış sayı: 3029 | Tarix: 03.07.2017
Bizi Telegramda izləyin: @repostaz