Türkiyənin Müdafiə Sənayesi şirkəti Azərbaycan və Qətərdə nümayiş etdirdiyi yüksək sürətli, müasir tələblərə tam cavab verən Hücumbot “FAC55” hərbi gəmisi böyük marağa səbəb olub.

REPOST.AZ xəbər verir ki, Pakistanda keçirilən “İDEAS 2016” hərbi müdafiə sərgisində nümayiş olunan Türkiyənin istehsal etdiyi döyüş gəmisi Pakistanın, eyni zamanda bir sıra ölkələrin Hərbi Dəniz Qüvvələri rəsmilərinin diqqətini özünə çəkib.

Sürətli manevrlərinə və yeni möhtəşəm dizaynına görə dünyadakı rəqiblərini bir addım geridə qoyan Türkiyənin yeni “ölüm gəmisi”nin maksimum sürəti 55 knot-dan (102 km/s) çoxdur, ağırlığı isə 535 tondur.

Gəminin daha da təkmilləşdirilməsi üçün iki ilə yaxındır ki, işlər görülürdü və yaxın yaxtlarda hərbi ekspertlərin mükəmməl hesab etdiyi döyüş gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin ixtiyarına verilməsi nəzərdə tutulub.

 

İlyas Mustafa

REPOST.AZ


Baxış sayı: 122 | Tarix: 27.11.2016
Bizi Telegramda izləyin: @repostaz