Bu gün metronun "Həzi Aslanov" stansiyasından "İçəri Şəhər" istiqamətində hərəkətdə olan qatar həyəcanlı anlara səbəb olub.

RePost.Az
-ın məlumatına görə, Milli.Az xəbər verir ki, səhər saat 08:45 radələrində metronun "Nərimanov" stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Bütün vaqonların sərnişinlə dolu olduğu qatar gəldiyi kimi də "Gənclik" stansiyasına yol alıb.

Sərnişinlər arasında təşvişə səbəb olan hadisənin texniki nasazlıqdan baş verdiyi ehtimal edilir.


Baxış sayı: 4003