Türkiyənin tanınmış müğənnisi Harun Kolçak vəfat edib.

RePost.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən müğənni 62 yaşında xəstəxanada dünyasını dəyişib. Xəstəxanadan verilən açıqlamada Kolçakın ötən gecə saat 22.55-də öldüyü bildirilib.

Türkiyənin məşhur aktyorlarından Əşrəf Kolçakın oğlu olan Harun Kolçak 1955-ci il iyulun 15-də İstanbulda dünyaya gəlib.

Musiqi karyerasına 1977-ci ildə məşhur bəstəkar və ifaçı Erkin Korayın yanında başlayıb. Müğənninin 7 musiqi albomu var.

Allah rəhmət eləsin.

RePost.Az


Baxış sayı: 2535 | Tarix: 20.07.2017
Bizi Telegramda izləyin: @repostaz