Rusiyanın tanınmış gənc rəssamı Pyotr Lovyginin səyahətlər üzərində qurulan verilişinin növbəti "dayanacağı" Pakistan olub.

RePoat.Az xəbər verir ki, Pyotr Lovyginin verilişinin Pakistandan bəhs edən buraxılışında diqqəti bir məqam xüsusi ilə cəlb edir. Belə ki, kadrların bir-birini sürətlə əvəzlədiyi görüntülər fonunda Azərbaycanın ən məşhur uşaq mahnısı olan "Cücələrim" səslənib. Qəribəsi isə orasındadır ki, "Cücələrim" dari dilində səsləndirilib.

Rəssam dünyanın iqtisadi durumu "acınacaqlı" olan 90-dan çox ölkəsini gəzərək, həmin ölkələrdə insanların yaşayış səviyyəsini işıqlandırıb.

Rəssamın səyahət planına daxil edilən ölkələr sırasında Qvineya, Banqladeş, Seneqal, Efiopiya, Filippin, Honduras və başqaları var.

RePoat.Az


Baxış sayı: 3371 | Tarix: 21.07.2017
Bizi Telegramda izləyin: @repostaz