Metronun “Koroğlu” stansiyasında 3 gənc qatarın hərəkətində gecikməyə səbəb olub. İddiaya görə, 3 gənc qatarda bir qadına sataşıblar. Onlar arasında mübahisə səbəbindən qatar stansiyada dayanıb.

RePost.Az xəbər verir ki, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  publika.az-a açıqlamasında hadisənin gənclərin mübahisə etməsi səbəbindən yaşandığını bildirib: “Ötən gecə 23:15-də “Həzi Aslanov”-“Dərnəgül” xətti üzrə hərəkət edən 32 saylı qatarda 3 gənc mübahisə edib. Bir nəfər isə həmin gənclərdən şikayətçi olub. Qatar “Koroğlu” stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib”.

Gənclərin bu mübahisəsi və onların qatardan kənarlaşdırılması hərəkətdə 4 dəqiqə gecikməyə səbəb olub.


Baxış sayı: 5371