Estradamızın ekstravaqand ifaçısı Mehrim bəstəsi Lalə Məmmədova məxsus olan “Gəmi” adlı mahnısına klip çəkdirəcək. 
 
Bu barədə RePost.Az-a müğənni özü məlumat verib. Onun sözlərinə görə, klipin rejissoru və ssenari müəllifi Türkiyədən yenicə Vətənə dönən Zöhrab Ağayevdir (Zorik). Klipdəki səhnələr 1960-1970-ci illəri xatırladacaq, səhnələr tamaşaçıda nostalji hisslər yaradacaq. Həmin illərin geyim dəbi isə ifaçının performansında öz əksini tapacaq.
 
RePost.Az


Baxış sayı: 2459 | Tarix: 15.08.2017
Bizi Telegramda izləyin: @repostaz