Zərif kəsmikli xəmir,almalı içlik və üzəri xırçıldayan,kokos karamel..
 
RePost.az oxucularına bu çox dadlı piroqun reseptini təqdim edir
 
Xəmiri üçün:
 
150 qr ev kəsmiyi
50 qr kərə yağı
2 ədəd yumurta
50 qr şəkər tozu
50 qr nişasta
100 qr un
1 çay qaşığı qabartma tozu
 
İçlik üçün:
 
400 qr alma
 
Karamel üçün:
 
90-100 qr kokos
150 qr şəkər tozu
100 qr kərə yağı
4 xörək qaşığı süd
 
Hazırlanma qaydası:
 
Bir qabda yumşalmış kərə yağını şəkər tozuyla ağaranadək çırpın.Daha sonra yumurtaları bir-bir əlavə edin və dayanmadan çırpın.Kəsmik əlavə edin və çırpmağa davam edin.Ələnmiş un və qabartma tozunu da əlavə edib qarışdırın.Xəmiri diametri 21 santimetr olan yağlanmış soba sinisinə yayın. 
 
Almaların qabığını soyub iri-iri dilimlərə doğrayın.(almaların üzərinə limon suyu səpin,qaralmasın).
 
Karamel üçün kərə yağını şəkər tozu,südlə əridin.Kokosu da əlavə edib qaynadıb ocaqdan götürün.
 
Xəmirin üzərinə almaları düzün və kokoslu kütləni tökün.180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
 
Nuş olsun!
 

Baxış sayı: 27596 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz