Lahmacun ayaqüstü ən çox yeyilən yeməklərdən biridir.  Lahmacun sevən, ancaq hər yerdə güvənib yeyə bilməyənlərin olduqca xoşuna gələcək bir reseptdir.
 
RePost.az oxucuları üçün ev şəraitində  insan sağlamlığına  daha faydalı bir lahmacun bişirib könül rahatlığı ilə yeyə biləcəyiniz resepti təqdim edir.
 
Ev şəritində tavada lahmacun
 
Tərkibi:
 
Xəmiri üçün:
 
2 stəkan un
1 stəkan su
1 çay qaşığı duz
10 qr quru maya
 
İç xərci üçün:
 
200 qr qiymə(çəkilmiş ət)
1 ədəd pomidor
1 ədəd soğan
Cəfəri
Duz
Qırmızı toz bibər
Istiot
 
Servis üçün:
 
Cəfəri
Soğan
Pomidor
Limon
 
Hazırlanma qaydası:
 
Xəmiri üçün unu bir qaba tökün,üzərinə su,duz və maya əlavə edib yumşaq xəmir yoğurun.Xəmiri mayalanmağa 1 saatlıq  isti yerə qoyun.
 
İç xərci üçün soğan,pomidor və cəfərini xırda doğrayın.Qiyməyə əlavə edib,üzərin duz və ədviyyatları töküb qarışdırın.Kənarda dincəlməsi üçün gözlədin. 
 
Mayalanan xəmirdən 10 kündə hazırlayın.Bu kündələri oxlov köməyi ilə bir-bir boşqab böyüklüyündə və ya ondan bir az balaca yuxalar yayın.Yaydığınız xəmirin üstünə iç xərcindən yayın.İç xərcini 10 kündələrə bölüşdürün.Lahmacunu geniş bir tavada(teflon tava) zəif odda qapağı bağlı olaraq bişirin.Bişən lahmacunu servis boşqabına qoyub isti-isti xidmət edin.
 
Nuş olsun!
 
RePost.az
 

Baxış sayı: 10705 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz