Ev şəraitində tavada qızardılmış ponçik hazırlamaq çox asandır.
 
RePost.az oxucularına ev şəraitində dadlı ponçikin reseptini təqdim edir.
 
Tərkibi:
 
530 qr un
5 qr duz
16 qr quru maya
60 qr şəkər tozu
310 qr su
1 yumurta
30 qr yumşaldılmış kərə yağı
 
Hazırlanma qaydası:
 
İlk öncə suda mayanı həll edin,yumurta əlavə edib qarışdırın. Un,duz və şəkər tozu töküb taxta qaşıqla qarışdırın. Kərə yağını da əlavə edib yumşaq xəmir olanadək yoğurun. Xəmiri qapağı bağlanan bir qaba qoyun və mayalanması üşün kənara qoyun. 20 dəqiqə fasilə ilə 1 saat ərzində xəmiri yoğurun və yenidən mayalanmağa qoyun. Otaq temperaturunda xəmirin ümumi mayalanma müddəti 2 saatdır.
 
Mayalanmış xəmirdən 30-35 qr ağırlıqda (qoz böyüklüyünüdə) kündələr qoparın(əlləri yağlayaraq ) .Kiçik kürəciklər halına gətirib üzərinə yağlanmış salafan sərib 30 dəqiqə saxlayın.
 
Bir qazanın içərisinə bol bitki yağı töküb 175-180 dərəcə qızdırın(yağ yaxşıca qızmalıdır).
 
Kündələrin orta hissəsindən barmaqla dəlik açın,şəhadət barmaqları üzərində hərləyərək üzük forması verin. Dəlik kifayət qədər böyük olmalıdır, bişən zaman uzanacaq. Ponçikləri bol yağda ikitərəfli qızardın. Bişən ponçikləri quru salfetkanın üstünə qoyun. Üzərinə şəkər kirşanı səpin və xidmət edin.
 
Nuş olsun!
 
RePost.az
 

Baxış sayı: 3331