Bu uşaqlığımızın sevimli şirniyyatını müxtəlif içliklərlə və kremlərlə hazırlamaq olar.
 
RePost.az oxucularına vafli reseptini təqdim edir.
 
Tərkibi:
 
1 ədəd yumurta
500 ml su
30 qr kərə yağı
½ stəkan şəkər tozu
2 stəkan un
1 çimdik duz
1 çimdik soda
1 çimdik vanil
 
Hazırlanma qaydası:
 
Otaq temperaturunda olan kərə yağını şəkər tozuyla qarışdırın.Yumurta,duz,soda və vanil əlavə edib yaxşıca çırpın.Suyun yarısını əlavə edib və unu töküb yaxşıca qarışdırın.Qalan hissənidə tədricən əlavə edin və xəmir yoğurun.
 
Vafli qəlibini (elektrovafli aparatı) kərə yağı və ya bitki yağıyla yağlayın və əvvəlcədən yaxşıca  qızdırın. Hazırladığınız xəmirdən bir-iki xörək qaşığı qoyun və qəlibi bağlayın. Elektrovafli aparatını 1-2 dəqiqəlik möhkəm sıxın və vafli qızılı rəng alanadək bişirin. Bişən vaflini bışaq vasitəsi ilə qəlibdən çıxarın və isti-isti rulet kimi bükün. Zövqə görə vafli çubuqlarının arasına bişmiş qatılaşdırılmış süd, krem və ya cem vurub süfrəyə verə bilərsiniz.
 
Nuş olsun!
 
RePost.az
 

Baxış sayı: 1252