Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib.
 
RePost.az xəbər verir ki,bu  barədə Lent.az-a uşağın anası məlumat verib. Anası Arzu Abbasovanın sözlərinə əsasən, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: “Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalxıb. Amil isə həyətdə qalıb”.
 
Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.
 
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən bildirilib ki, belə bir şikayət qəbul edilib: “Abbasov Amlin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir”. 
 
Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir.
 
Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055)563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.
 
RePOst.az
 
 

Baxış sayı: 2269 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz