Britaniyalı 24 yaşlı dizayner Rayan Yasin paltarın ölçüsünü bir neçə dəfə artıran parça ixtira edib.
 
RePost.Az xəbər verir ki, gənc dizaynerin hazırladığı geyimlər 6 ay-3 yaş aralığında uşaqlar üçün nəzərdə tutulub.
 
Bütün valideynlər bilir ki, uşaq geyimlərinin alış-verişinə nə qədər pul xərclənir. Rayan Yasin bu problemin həllini tapıb: indi paltar körpə ilə birlikdə böyüyəcək. Rayan Yasin parçaların hazırlanması üçün auksetikdən – dartılıb uzandığında qalınlaşan materialdan istifadə edib.
 
Geyimlər yuyulan zaman forma və ölçüsünü dəyişmir. İxtiraçı əmindir ki, belə geyimlərdən istifadə valideynlərə pullarına qənaət etməyə kömək edəcək və təbiəti çirkləndirən tullantıların sayını azaldacaq.
 
Qeyd edək ki, bu günlərdə Rayan sənaye dizaynı sahəsində "James Dyson Award" beynəlxalq mükafatını qazanıb. Ona 2 min avro məbləğində verilən pul mükafatını isə yeni ixtira etdiyi bu cür geyimlərin kütləvi istehsalına sərf edəcək. İlk modellər bir neçə aydan sonra Böyük Britaniyada satışa çıxarılacaq.
 
RePost.Az

Baxış sayı: 3523 | Tarix: 09.09.2017
Bizi Telegramda izləyin: @repostaz